Cəmiyyət 

Bakıda bayram ab-havası davam edir – FOTO

Paytaxt Bakı şəhərində Yeni il atributları, şam ağacları və digər bayram rəmzləri quraşdırılıb. Yol kənarındakı işıq effektləri isə insanlara əsl Yeni il ab-havası yaşadır.

ARANTV.AZ  xəbər verir ki, Yeni il şənlikləri ilə əlaqədar şəhərdə insanların daha çox toplaşdığı məkanlardan biri olan Dənizkənarı bulvarda müxtəlif formada xüsusi proqramlar hazırlanıb.

Bu il Neftçilər və Azərbaycan prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Nizami küçələrində də bayramla əlaqədar önəmli işlər görülüb.

Azneft dairəsində fərqli tərtibatda, 20 metr hündürlüyündə quraşdırılmış Yeni il şam ağacı kompleksi şəhərə xüsusi gözəllik verir.

Şəhərin mərkəzi parklarında quraşdırılan yolkalar da fərqli dizaynı ilə göz oxşayır.

Bəzədilmə işləri ictimai iaşə obyektlərini də əhatə edib.

Bakının Ağ Şəhərində yerləşən “Port Baku Mall”un ərazisində “New Year Village” adlı yarmarka fəaliyyət göstərir.

Yarmarkada müxtəlif brendlər öz məhsullarını təqdim edirlər. Bayram əhvali-ruhiyyəsi yaratmaq üçün burada Yeni il dekoru və küknar ağacı quraşdırılıb.

Yeni il şənlikləri Bakı sakinlərinin və turistlərin zövqünə oxşayır, maraqlarına səbəb olur.

Daha çox xəbərlər