Qarsda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var – VİDEO
Türkiyənin Qars şəhərində – Ərzurumun Horasan rayonu ilə Qarsın Sarıqamış rayonu arasındakı avtomobil yolunun Karakurt məntəqəsində yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, qəzada avtobus sürücüsü idarəetməni itirib, nəticədə iki avtobus və yük maşını toqquşub. Hadisə zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Mənbə: cnnturk.com

