İçərişəhərdə “Sehrli Qala” günləri – FOTOREPORTAJ
Bu il də doğma Bakımız Yeni il bayramını xoş əhval-ruhiyyə ilə qeyd edir.

Şəhərin gəzməli-görməli tarixi məkanlarından olan İçərişəhərdə bu günlərdə təşkil olunan bayram yarmarkalarını ziyarət edəndə, burada xüsusi əhvali-ruhiyyənin yaşandığını hiss edirsən.

ARANTV.AZ xəbər verir ki, şəhərimizin bayram əhvalına öz töhfəsini vermək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Sehrli Qala” günləri və bayram yarmarkası keçirilir.

Həftəsonu şəhər sakinlərinə və qonaqlara bayram sevinci bəxş etmək üçün musiqili əyləncə, müxtəlif oyunlar təşkil edilir.


Yarmarkada əsasən ev dekorları, toxuma oyuncaqlar, tikmə əl işlərini və s. görmək mümkündür.


Burada müxtəlif qidalar, habelə uşaqların gözündə sevinc qığılcımı yandıran hədiyyələr nümayiş olunur.


Yanvarın 7-dək davam edəcək yarmarkada, ziyarətçilərə müxtəlif şirniyyatlar və çaylar da təqdim edilir.








