Ümid yeri uşaq sığınacağında kimsəsiz uşaqlar üçün bayram tədbiri təşkil olunub
4 yavnvar 2024-cü il tarixində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə “Nur Organization”nın rəhbəri, “Aran Media Group” və “Zəfər Yolu Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi”nin təşkilati dəstəyi ilə Ümid Yeri Uşaq Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Qış Nağılı”adlı konsert proqramı təşkil edilib.
Arantv.az-ın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Əməkdar Artisti Səlim Abbasov, estradamızın tanınmış ulduzu Fərhad Xəlil , “Azəristar 2008” yarışmasının finalçısı Ədalət Abasov, “Azərbaycanın Səsi Bala” və “Bala Türkvision” yarışmalarının qalibi Əhməd Əmirli, “Azərbaycanın Səsi 2013” yarışmasının finalçısı Qadir Fətəliyev, Sumay Əlizadə, Nesrin Muxtarlı, Sevinc Süleymanzadə, Billurə Qədirli, Nilufər Əhmədova, Əli Məmmədli, Gülnaz Nəbili, Orxan Sərxanoğlu və Bəhruz Musayev və s. iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Uşaq sığınacağının direktoru Nigar Mənsimova açaraq qonaqları salamlayıb və bu xeyirxah bayram tədbirinə görə, təşkilatçılara minnətdarlığını bildirib.
Tədbirin əyləncəli bədii hissəsində Klounlar, Alov şou, Şar şou, Panda Şou çıxış edərək uşaqların sevincinə sevinc qatıblar.
Tədbirdə “Nur Organization”un rəhbəri Kamran Nurun təşkil etdiyi və rəhbəri olduğu “Sözün Sehri” adlı bədii qiraət, “Obraz” adlı dram və “Zəfər” adlı xor dərnəklərinin üzvləri ilə hazırlanan “Yeni İl” rəqsi nümayiş olunub.
Xeyriyyə tədbirinin gedişində tədbirin rəhbəri Kamran Nur, müğənnilər, media mənsubları “Aran Media Group” tərəfindən fəxri fərmanlar, təşəkkürnamələrlə təltif olunublar.
Tədbirin sonunda isə Şaxta Baba və Qarqız uşaqlara xeyirxah insanların yardımı ilə təşkil olunmuş yeni il hədiyyələri təqdim ediblər. Həmçinin, tədbir zamanı uşaqlar üçün bayram süfrəsi təşkil edilib və “Toxuma Evi” tərəfindən yeni ilə özəl hazırlanmış tort kəsilərək uşaqlara təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

“Aran Media Group”
Şeyda Əzizova

