Dünya 

Fidan və Blinken Bakı-İrəvan danışıqlarını müzakirə etdi – YENİLƏNİB + FOTO

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar.

Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginliyin yaranmasını istəmir.

Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.

Mənbə: TRT

15:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Atoni Blinkenlə görüşür.

ABŞ dövlət katibi Atoni Blinken görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

İstanbuldakı Vahdettin Köşkündə keçirilən görüş mətbuata qapalı keçirilir.

Mənbə: trthaber

14:04

İstanbulda Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Hakan Fidan ilə Antoni Blinken arasında Vahdettin Köşkündə baş tutan görüşdən sonra Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana dördüncü dəfədir ki, bölgəyə səfər edir. Bu tur çərçivəsində İstanbula gələn Blinkenin oradan Yunanıstana gedəcəyi nəzərdə tutulur.

Blinken Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edərək danışıqlar aparacaq.

Mənbə: TRT Haber

Daha çox xəbərlər