Cəmiyyət 

Aygün Bəylərin nəşi Bakıya gətirildi – Fotolar+Video

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 

ARANTV.AZ-ın məlumatına görə, mərhum müğənninin nəşi bu gün Bakıya gətirilib. Yaxınları, dostları və media nümayəndələri cənazəni qarşılamaq üçün hava limanına toplaşıb.

A.Bəylərin nəşi Suraxanıdakı evinə aparılıb. Bacısı Zümrüd Hümbətova bildirib ki, xanəndə Suraxanıda dəfn olunacaq.

Qeyd edək ki, Aygün Bəylər uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.

Foto: İlqam Cəbiyev

Daha çox xəbərlər