Hadisə 

Bakıda 14 yaşlı qız ozünü binadan nəyə görə atıb? – YENİLƏNİB

Bakıda 14 yaşlı qızın intiharı ilə bağlı bəzi detallar məlum olub.

 

ARANTV.AZ-ın məlumatına görə, 2010-cu il təvəllüdlü qızın ailədaxili məsələ nəticəsində bu addımı atması ehtimal olunur.

 

Onun məktəbdə heç bir problemi olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

15:33

 

Bakıda 14 yaşlı qız intihar edib.

 

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

 

177 saylı orta məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Ə.O. yaşadığı çoxmərtəbəli binadan özünü ataraq intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər