Cəmiyyət 

Göygöldə ağır qəza: Ölənlər var

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ markalı minik maşını toqquşub.

Qəza zamanı iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

Daha çox xəbərlər