Cəmiyyət 

İlin ən nəzakətli günü – 11 yanvar – Beynəlxalq Təşəkkür Günüdür

11 yanvar dünyada “Beynəlxalq Təşəkkür Günü” kimi qeyd olunur. Bu günü ilin ən nəzakətli günü hesab etmək olar.

“Allah bu gün sizə 86400 saniyə hədiyyə etdi, “Sağ ol” demək üçün 1-dən istifadə etmisənmi?”
Bunu Amerikalı motivasiya yazıçısı Uilyam Artur Uord deyir. Doğrudan bizi yaradana, bizi var edənə nə qədər təşəkkür edirik?
“Təşəkkür etmək və ya başqa minnətdarlıq sözləri, səmimi iltifatlar və digər minnətdarlıqlar və ya xoş sözlərlə birlikdə münasibətləri möhkəmləndirməyin ən yaxşı yoludur”-  Krist Conston belə deyir.
Bəli, bu ifadə bəlkə də gündəlik həyatımızda ruhsal sağlamlığımız üçün ən çox işlətməmiz gərəkən sözlərdəndir.
Psixoloqlar hesab edirlər ki, insanların bir-birinə təşəkkür etməsi “şifahi sığallama” sayıla bilər. Bu zaman qarşı tərəfin məmnunluq hiss etdiyi, onun əsəblərinin sakitləşdiyi sübuta yetirilib. Vacib olanı təşəkkürün ürəkdən edilməsidir.
Minnətdarlıq ifadə edən sözlər sehrli xüsusiyyətlərə malikdirlər. Onların köməyi ilə insanlar bir-birinə sevinc bəxş edir, diqqətlərini ifadə edir və müsbət emosiyalarını çatdırırlar. Hansı ki bu sözlərsiz bizim həyatımız darıxdırıcı və sıxıcı olardı.
Bizi olduğumuz toplumda insanlara sevdirən, hər xatırlandığımızda haqqımızda xoş sözlər deyilməsinə səbəb olan, mədəniyyətimizi nümayiş etdirdiyimiz sehirli kəlimədir “Təşəkkür edirəm” ifadəsi. Təşəkkür etmək, yeni bağlar qurmaqla yanaşı, insanlar arasında müsbət enerjini də artırır, sevgi hissini qüvvətləndirir.
Həyatımızın hər bir anında, olduğumuz hər məkanda, yaxınlarımıza, dostlarımıza, ailəmizə, hətta yoldan keçən hər hansı bir şəxsə təşəkkür etmək onları sevindirməklə bərabər özümüzü də daha yaxşı hiss etməyimizə səbəb olur.
Təsadüfi deyil ki, bir çox turist kitabçalarında və təlimatlarda turistlərə gedəcəkləri ölkədə təşəkkür etməyi şivəlidə olsa, həmin ölkənin dilində etmək məsləhət görülür. Çünki, bu, turistlərə gedəcəkləri ölkədə xidmət keyfiyyətini yaxşılaşdırmağa, sürətli dialoq tapmaq və sakit və xoş bir bayram qurmağa kömək edir.
İstər marketə girdiyimizdə alış-veriş etdikdən sonra “Təşəkkür edirəm” kimi, istər yolla keçən insanlara “Yorulmayasan” kimi, istər dostlarımızla görüşdə, görüş sonu “Yaxşı ki, səni tanımışam, yaxşı ki, varsan!” kimi sözləri deməkdən heç bir zaman çəkinməməliyik. Çünki, elə bir hadisə elə anda baş verə bilər ki, bu gün səhər saatlarında çay içdiyimiz, doya-doya söhbət etdiyimiz dostumuzu bir də görməyə bilərik, hər bir anımızın, hər bir saniyəmizin dəyərini bilməliyik.

Daha çox xəbərlər