Hadisə 

Balakəndə ağır qəza: Xəsarət alanlar var

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

 

Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu VAZ-2107 toqquşub.

 

Yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2107-dəki dörd sərnişin xəsarət alıb.

 

Onlardan üçünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər