FHN TƏBİB ilə birgə təlim keçirib
13 yanvar 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.

