Cəmiyyət 

Ölkənin üç rayonu işıqsız qalıb: Ağaclar naqillərin üzərinə aşıb – FOTO

Qarlı, küləkli hava şəraiti səbəbindən Lənkəran, Masallı, Salyanda ağaclar elektrik xətlərinin üzərinə aşıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən bəzi kəndlərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Hazırda adıçəkilən rayonlarda elektrik enerjisinin bərpası istiqamətində aidiyyəti qurumların müvafiq işçi qüvvələri ilə birgə tədbirlər görülür.

 

Daha çox xəbərlər