“Dəm qazından necə qorunaq? – Ekspertdən AÇIQLAMA
Qış gəlib havaların soyuyan kimi dəm qazı insanları qorxutmağa başlayıb. Bu hadisələr ən çox evlərin hamam otaqlarında baş verir.
Bu barədə BiG.AZ-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev açıqlama verib.
O bildirib ki, dəm qazından zəhərlənmə ölümə belə yol aça bilər.
“Vətəndaşlar mütləq mavi yanacaqla davranış qaydalarını bilməli və ona əməl etməlidirlər. Təchizatçı ilə istehlakçı arasında daim rabitə olmalıdır. İldə iki dəfə mənzillərdə profilaktik yoxlamalar aparılmalıdır. Bundan başqa, qaz kəmərinin, onun avadanlıqlarının yerini icazəsiz dəyişmək olmaz. Tüstü bacaları da ildə iki dəfə yoxlanılmalıdır. Çünki bəzi hallarda bacalar tutulur və yanmış qaz sovrulmur. Su qızdırıcılarına isə ildə dörd dəfə texniki baxış keçirilməlidir”.
Ekspert onu da əlavə edib ki, qaz sistemini nəzarətsiz qoymaq olmaz. Bu, təkcə qazdan boğulmaya deyil, həm də ağır partlayışlara səbəb ola bilər.

