Azərbaycanda ölü doğulan körpələrin sonrakı aqibəti necə olur? – AÇIQLAMA
Bu gün müzakirə olunan məsələlərdən biri də, xəstəxanalarda ölü doğulan körpələrin sonrakı aqibətidir. Bir çoxları ölü körpələri valideynlərə verilmədiyini iddia edirlər.
Məsələ ilə bağlı Sonxeber.az-a ginekoloq Rəşad Sultan açıqlama verib:
“Ölü doğum bir patologiyadır. Bu hal tibbi baxımından səbəbi araşdırılması vacib olan durumdur. Əslində biz həkimlər istərdik ki, bütün bətndaxili yaxud yaşlı adamların ölümü patoloji anatomiyada araşdırılsın. Bunun bir elmi faydası olsun. Ölüm halını araşdırmaq elmi baxımından dəyərlidir. Ölü doğulmuş uşaqlar da bu baxımdan dəyərləndirilməsi ailəyə təklif olunur. Əlbəttə ki, xəstə yiyələri və yaxınlarının bundan imtina etmə haqları var. Ona görə də çox vaxt imtina ediblər. Uşaqlar ailəyə verilir və onlar dəfn edirlər. Əgər valideyn istəmirsə, o zaman pataloji anatomiyaya göndərilir. Müəyyən hallarda məhkəməlik vəziyyət varsa, şikayət yaxud başqa səbəbdən tibbi müəssisəsinin təşəbbüsü ilə məhkəmə qurulubsa məcburi şəkildə tibbi ekspertizaya göndərilə bilər. Yəni ölü doğulmuş uşaqlar belə yönləndirilir.

