Hadisə 

Cəlilabadda 64 yaşlı kişi hamamda dəm qazından ölüb

Ötən gün Cəlilabad rayonunun Alar kəndində 64 yaşlı kişi hamamda dəm qazından ölüb.

“Report”un məlumatına görə, kənd sakini Vidadi Məmi oğlu Əliyev axşam saatlarında yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər