“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”
Bərdə rayonunda YAP-ın namizədi ilə bağlı təbliğat kompaniyası seçicilərin bayram əhval-ruhiyyəsi ilə davam edir.
Fevralın 7-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda günün birinci yarısında YAP rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançı və tələbə seçicilərlə, günün ikinci yarısında Mollalı və Məşədiibişli kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşlərin hər biri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP təbliğat qrupunun üzvləri – Millət vəkili Fatma Yıldırım, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, üç medallı şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Yaşar Zamanov, Əliş Şərifov, Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsiiştirakçısı Gəray Əsədov, Aqşin Hacızadə, Səfurə Hümbətova, Lamiyə Əliyeva, həmçinin gənclər adından Fidan Nəsirli, Şamxal Yaqubov, Mollalı kənd seçiciləri adından HikmətƏzimov, Bəyistan Qurbanovaçıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, 1993-cü ildən bəri Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli və hərbi gücünün, qüdrətinin artmasını təmin edib. Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib və xalqımızı öz ətrafında dəmir yumruq kimi birləşdirərək qalib xalq, dövlətimizi qalib dövlət etməyi bacarmışdır. Və məhz buna görə möhtəşəm Zəfər ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin bərpa olunmuşdur. Bu gün Ulu öndərin təbirincə desək, “Azərbaycan dünyaya bir günəş kimi doğur.”
Bütün çıxışlarda müstəqil Azərbaycanın tarixində Qarabağla bütövləşmiş respublikamızın bütün ərazisində bu seçkilərin bir ilk olaraq keçiriləcəyinə diqqət çəkilmişdir. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən qalib Lider Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşmışdır.
Görüşdən sonra Mollalı kəndinin ağsaqqalı Piri Qasımov və Birinci Qarabağ müharibəsi şəhidi Nemət Quliyevin qazi qardaşı Həbib Quliyevin ailəsinə baş şəkilmiş, təbliğat işi evlərdə davam etdirilmişdir.


