Şou biznes 

Röya Ayxandan keçmiş həyat yoldaşı ilə bağlı AÇIQLAMA: “Xoşbəxtik…” – YENİLƏNİB + FOTO/VİDEO

Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilov ilə bağlı paylaşdığı videoya açıqlama gətirib.

ARANTV.AZ  xəbər verir ki, sənətçi paylaşımı mərhum sənətçi Rəhim Rəhimlinin xatirəsinə həsr etdiyini bildirib.

“Rəhim Rəhimlinin də yer aldığı görüntünü onun xatirəsi ilə bağlı paylaşdıq, hərə bir tərəfə yozdu. Əzizlərim, biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik amma öz evlərimizdə”, – deyə, o qeyd edib.

 

10:06

Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla arxiv görüntülərini paylaşıb.

ARANTV.AZ  xəbər verir ki, müğənni “Instagram” hesabında paylaşdığı videoya “köhnə xatirələr” qeydini əlavə edib.

Bu görüntülər ağıllarda cütlüyün barışması ilə bağlı suallar doğurub.

Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, onların bu evlilikdən Hüseyn adlı bir oğulları var. Röya Ayxan və Anar Cəlilov 2014-cü ildə boşanıblar.

Daha çox xəbərlər