Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib – FOTO
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik”, – deyə başsağlığında bildirilib.

