Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir – FOTO/VİDEO
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti başlayıb.
ARANTV.AZ-ın məlumatına görə, insanlar şəhidlərin xatirəsinə ehtiramını bildirmək üçün şəhidlər məzarları önünə gül dəstələri düzür, onların ruhuna dualar oxuyurlar.
Qeyd edək ki, Hüzn Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

