Cəmiyyət 

AAYDA: “Ömər aşırımında yollar qardan təmizlənir”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Toğanalı-Kəlbəcər avtomobil yolunda, Ömər aşırımında yolların qardan təmizlənməsini davam etdirir.

Bu barədə AAYDA-dan bildirilib.

Məlumata görə, nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur:

“Xüsusi texnikalar vasitəsilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur. Sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”.

Daha çox xəbərlər