Ötən ay Azərbaycanda ərzaq inflyasiyası 0.9% olub- Dünya Bankı
Ötən ilin dekabrında Azərbaycanda ərzaq inflyasiyası 0.9 faiz olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd olunub.
Hesabatda, Azərbaycanın ötən ildən cari ilin 31 dekabrınadək soğanla bağlı ixrac qadağasının olduğu xüsusi olaraq qeyd olunub.
Qeyd edək ki, ötən il martın 2-dən Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,1 faiz artıb.

