Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Bayramlı kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Bayramlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin Otuzikilər və Bayramlı kəndlərini birləşdirən 4 km yolun asfaltlanması, kənd sakininə özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvan verilməsi, maddi yardım edilməsi, fərdi yaşayış evinin həyətində olan, təhlükə törədən 10 kv-luq elektrik xəttinin bağlandığı dirəyin evdən kənarlaşdırılması, kəndin ərazisində internetin sürətinin artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Daha çox xəbərlər