Cəmiyyət 

Güclü qar səbəbindən Qaxın ucqar kəndi ilə əlaqə kəsilib

Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib.

“Unikal” xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsinə yağan güclü qar səbəbindən kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Kənd sakinlərinin dediyinə görə, ötən gün axşam saatlarından onlar şəhər mərkəzinə gedə bilmirlər.

Hazırda Sarıbaş kəndində qarın qalınlığı 40-45 sm-dir və yağmaqda davam edir.

Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir.

Daha çox xəbərlər