Şəhid ailələrinə ərzaq talonu verilməlidirmi? – AÇIQLAMA
Keçmiş dövrdə mövcud olan ərzaq talonlarının şəhid ailələrinə verilməsi insanlar arasında müzakirə mövsusudur.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Mail Yaqub bildirib ki, sosial yardımlar hər bir dövrdə hər bir ölkədə imkansız ailələrə mütləq olmalıdır.Əmək bazarında yetərincə çalışmaq imkanına malik olmayan şəxslərə dövlətin dəstəyi mütləqdir. Həmçinin ayrı-ayrı özəl şirkətlərin yaratdığı yardım təşkilatlarının köməyi olmalıdır. Təəsüflər olsun ki, bizdə bu ənənə zəifdir:
“Ümumiyyətlə sosial yardımlar hər bir dövrdə hər bir ölkədə imkansız ailələrə mütləq olmalıdır. Sosial yönümlü siyasət budur. Biz bazar iqtisadiyyatı, vəhşi kapitalizm sistemi ilə ayaqlaşa bilməyən və geridə qalan insanlara mütləq kömək etməliyik. Bunun adı ədalətdir. Dünyada ədalət məsələsi ötən əsrin 70-ci illərində gündəmə gəlib. İstər şəhid ailələri olsun, istər pensiya yaşına çatmış insanlar olsun, o şəxslər ki, əmək bazarında yetərincə çalışmaq imkanına malik deyillər, onlara mütləq dövlətin dəstəyi olmalıdır. Ayrı-ayrı özəl şirkətlərin yaratdığı yardım təşkilatlarının köməyi olmalıdır. Təəsüflər olsun ki, bizdə bu ənənə zəifdir. Özəl şirkətlərin bir araya gəlib dövlətdən kənar fond yaratması və yardım göstərilməsi ənənəsi bizdə hələ formalaşmayıb. Amma vacibdir, mütləqdir, lazımdır. Çünki köməksiz qalan insanları unutmaq mənəviyyata, əxlaqa ziddir”.

