Cəmiyyət 

Regionlardakı poçt şöbələrində kifayət qədər pul yoxdur? – AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC şəhərdən kənardakı poçt şöbələrində kifayət qədər pul olmaması barədə məsələyə aydınlıq gətirib.

ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı qurumun İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, maliyyə nəzarəti orqanı tərəfindən hər bir poçt şöbəsinə maliyyə lisenziyası verilir və kassa limitləri qoyulub:

“Regionlarda yerləşən poçt şöbələrində pul az olduğu üçün belə hallarla qarşılaşmaq olur. Amma Bakı şəhərindəki şöbələrdə kassalarda kifayət qədər limit var”.

Daha çox xəbərlər