Cəmiyyət 

Baş prokuror: Əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Ötən il əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev qurumun 2023-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.

Vurğulanıb ki, 2020-ci il 1 may tarixdən bu vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb.

Daha çox xəbərlər