Ötən il Bakı şəhərində intihar hadisələrində azalma müşahidə edilib

Ötən il Bakı şəhərində intihar hadisələrində azalma müşahidə edilib

Ötən il Bakı şəhərində intihar hadisələrində azalma müşahidə edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, 2023-cü ildə ölkə ərazisi üzrə 620 intihar hadisəsi qeydə alınıb: “Bunun 180-i Bakı şəhərində, 440 isə rayonlarda olub. 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. Onlardan 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş isə məhkəmə baxışındadır”.