Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb – FOTO
Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarı yolda qalıb.
ARANTV.AZ-ın məlumatına görə, söhbət Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən qatardan gedir.
Hazırda qatarın Biləcəri yaxınlığında yolda dayandığı bildirilib. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib. Nəticədə 20 dəqiqədən çox gecikmə olub.

