Cəmiyyət 

“Biz bu qızı qəhrəman kimi göstəririk amma bu qızla oğlanın evliliyi qeyri-realdır” – Psixoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün bir-birinə qoşulub qaçan Ruslan və Yeganə cütlüyünün toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır. Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər, ona görə də onlar qaçıb. Yeganə hazırda 2 aylıq hamilədir.

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, bu evliliyi qəhrəmanlıq kimi göstərmək cəmiyyətə böyük ziyandır:

“Niye belə qeyri-real görünən evliliklərin sayı artır? Qeyri-real evlilik etmək və bunu gündəmə gətirməkdə məqsəd nədir? Erkən evlilik Azərbaycanda var. Bunun qarşısını almaq lazımdır. Belə bir hadisə baş verib. Biz bu qızı qəhrəman kimi göstəririk. Amma bu qızla oğlanın evliliyi qeyri-realdır. Əlbəttə heç kimi fiziki problemlərinə görə ittiham etmirik. Amma real fiziki problemlər var. Bu real fiziki problemlərə uyğun olaraq insanların münasibəti var. 16 yaşlı qızla 32 yaşlı fiziki problemli kişinin evlənməsi qeyri-realdır. Bu evlilikdə heç bir uyğunluq yoxdur.

Bu qız fiziki və psixoloji təziqə görə evdən qaça bilər. Onlar real evli sayılmır. 16 yaşındakı qız niyə sevgi gördüyü ata evindən qaçsın və fiziki qüsurlu şəxlə ailə qurmaq istəsin. Demək ki, ailədə psixoloji və fiziki problem var. cəmiyyət olaraq belə insanları qəhrəman kimi göstərməyimiz düzgün deyil. Bu qız psixoloq tərəfindən müayinə olunsa, onun travmalarının olduğunu görərik. Həmin qızı erkən evlilik adı ilə psixoloq müayinə etməlidir. Bu qızın hansı problemlər var? Bu qız hansı psixoloji problemlə ailə qurur? Bu evlilik heç bir formada düzgün deyil. Bu evliliyi normal qələmə vermək olmaz. Qəhrəmanlıq kimi icəmiyyətə təqdim etdiyimiz bu evlilik normal deyil. Birinci problem belə evliliyin baş tutması, ikinci problem isə bu evliliyin cəmiyyətə qəhramanlıq kimi nümayiş olunmasıdır. Bu qəti yol verilməzdir. Sonra isə deyirik ki, polis, Ailə Qadın və Uşaq Komitəsi niyə işini görmür. Fiziki qüsurlu insanla evlənmək əlbəttə olar. Birini qəlbən sevəndə onun fiziki problemləri görsənmir.Amma bu evliliyi qəhrəmanlıq kimi göstərmək cəmiyyətə böyük ziyandır”.

Daha çox xəbərlər