Cəmiyyət 

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü xəbəri yayıldı, anası açıqlama verdi – YENİLƏNİB + VİDEO

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü barədə yayılan xəbərlərlə bağlı anası açıqlama verib.

ARANTV.AZ-ın məlumatına görə, Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin doqquzuncu sinif şagirdi Nuray Əmirlinin anası qızının ölmədiyini və əməliyyat olduğunu bildirib:

“Nuray yaxşıdır, müalicələr davam edir, əməliyyat uğurlu keçib”.

17:20

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.

Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.

“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, – məlumatda bildirilib.

Daha çox xəbərlər