Dünya 

Rusiya FHN-ə məxsus helikopter gölə düşüb – YENİLƏNİB + FOTO

Rusiyanın Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus Mi-8 helikopterinin qəzaya uğradığı yer müəyyənləşib.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Qeyd olunur ki, Kareliya Respublikasının ərazisində itən helikopter Oneqa gölünün buz bağlayan səthinə çırpılaraq gölün dibinə düşüb.

İlkin məlumata görə, ekipaj üzvləri həlak olublar, onların axtarışlarına başlanılıb.

Baş verən qəzanın araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb.

Mənbə: Rbc.ru

 

01:52

Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar.

Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb.

İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin helikopteri Oneqa gölü üzərində təlim uçuşu həyata keçirirmiş, daha sonra isə pilotlarla əlaqə kəsilib. Mi-8-in göyərtəsində üç ekipaj üzvü olub.

Xilasedicilər Derevyannoye kəndi ərazisində axtarış-xilasetmə işləri aparır, bir qrup xilasedici hava yastığı və qar avtomobilləri ilə hadisə yerinə yola salınıb. Bundan əlavə, idarədən bildirilib ki, zərurət yaranarsa, Şimal-Qərb Hava Naviqasiya Xidmətinin An-26 təyyarəsi axtarış zonasına göndəriləcək.

Mənbə: aif.ru

Daha çox xəbərlər