İrəvanda baş verən partlayışda iki nəfər ölüb – YENİLƏNİB + FOTO/VİDEO
İrəvanda baş verən partlayışdan sonra dağıntılar altından iki vətəndaşın – bir kişi və bir qadının cəsədi tapılıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan xəbər verib.
Yerli media ölənlərin ər-arvad ola biləcəyini ehtimal edib. Sarkisyan isə hələlik bu barədə dəqiq məlumat olmadığını bildirib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Sosial şəbəkələrdə partlayışın baş verdiyi anın görüntüləri yayılıb.
12:24
İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.
Qeyd olunur ki, partlayış nəticəsində insanlar dağıntılar altında qalıblar.
İlkin məlumatlara görə, hadisə yaşayış binasında qeydə alınıb.
Sosial şəbəkə istifadəçiləri isə partlayışın çörək sexində baş verdiyini qeyd ediblər.
Mənbə: Sputnik Ermənistan

