Bərdəlilər qalib Lideri dəstəkləyir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Bərdə rayonunda Qaraməmmədli və Lənbəran kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri Tərlan Musayeva, Aqşin Hacızadə, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, müharibə veteranı Gəray Əsədov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, dövlətimizin daha güclənməsi və inkişafı naminə cənab İlham Əliyev kimi Liderə böyük ehtiyacımız var. Dövlət başçısı beynəlxalq səviyyədə böyük nüfuza malikdir. Bu gün Azərbaycan Avropada ən etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident seçkilərində YAP tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi xalqımızı çox məmnun edir.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevi dəstəkləyəcəklərini səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, təbliğat qrupunun üzvləri Mirzalıbəyli kəndində şəhid Əli Məhərrəmovun babası Eyvaz Nəsirovu ziyarət edib, Lənbəran kəndində seçicilərlə fərdi görüşlər keçiriblər.