Hadisə 

Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları bilindi – YENİLƏNİB + FOTO

Naxçıvan şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri məlum olub.

“Report” xəbər verir ki, bunlar 1959-cu il təvəllüdlü Həbib Nəbi oğlu Babayev, 2000-ci il təvəllüdlü Məftun Vilayət oğlu Həsənəliyev, 2001-ci il təvəllüdlü Anar Təvəkkül oğlu Cəfərzadə və 2001-ci il təvəllüdlü Fərid Pərviz oğlu Quliyevdir.

18:08

Naxçıvan şəhərinin Azərbaycan küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “Toyota” və “VAZ-2107” markalı avtomobilllərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər