“Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın basdırdığı minalara düşüb. Onlardan 65 nəfər həlak olub.
Xatırladaq ki, son 2 gündə Tərtərdə iki mülki şəxs minaya düşüb.
