Cəlilabadda xəstəxana üçün yeni binanın tikintisinə başlanılıb – FOTO

Cəlilabadda xəstəxana üçün yeni binanın tikintisinə başlanılıb – FOTO

Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni binanın inşasına başlanılıb.

ARANTV.AZ  xəbər verir ki, xəstəxana binası 2 hektar sahədə inşa olunur.

Səhiyyə ocağı üçmərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.

Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.