Dünya 

Rus diplomatlarının Aİ ölkələrində hərəkət azadlığı məhdudlaşdırıla bilər

Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırıla bilər.

Məlumata görə, Çexiya hakimiyyəti növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların akkreditə olunduğu ölkəyə gediş-gəlişinin məhdudlaşdırılmasını təklif edib.

Lakin Şengen zonası daxilində hərəkət faktiki olaraq heç bir şəkildə idarə olunmadığı üçün belə tədbirləri həyata keçirmək reallıqda çox çətindir.

Qeyd edək ki, hazırda Aİ-nin anti-Rusiya sanksiyalarının sayı rekord həddədir. Mövcud məhdudiyyətlərin sayı artıq 17 mini ötüb.

Mənbə: osnmedia.ru

Daha çox xəbərlər