Şəhid ailələri ilə görüş
“Son Söz” istimai-siyasi qəzetinin təşəbbüsü və Sədaqət Rəşidqızın təşkilatcılığı iliə işğaldan azad olunmuş torpaqlarmızda aparılan abadlıq və quruculuq işləri ilə bağlı “Romance Palacede” sarayında “Yeni Zirvələrə Doğru “adlı layihə həyata keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələri, qazilərimiz üçün təşkil olunub. Layihədə həmcinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal rol oynayan qonaqlar da iştirak edib. Aydın Sani, İlqar Sadiqov, Arzu Məmmədova və başqalarının vətənpərvərlik ruhunda mahnıları tədbiri dahada canlandırılıb. Əsirlik həyatı yaşamış Amil Mustafayevin çıxışı qonaqları çox təsirləndirib. Sonda Azərsun Holding və Avrora şirkətindən şəhid ailəlirinə hədiyyələr təqdim olunub. Tədbirin aparıcısı Anar Orucov gələn qonaqlara layihədə iştirak etdikləri üçün təşəkkürünü bildirib.










