Cəmiyyət 

Suçiçəyi keçirmiş insan qızılcaya yoluxa bilər? – AÇIQLAMA

Azərbaycanda infeksion xəstəliklər sürətlə yayılmaqdadır.

Bəs infeksion xəstəliklərin bir-biri ilə əlaqəsi nə qədərdir? Məxmərək və ya suçiçəyi keçirmiş şəxslər qızılcaya yoluxa bilərmi?

Həkim-infeksionist Vasif Əliyev BiG.AZ-a bildirib ki, məxmərək keçirən insan daha sonra qızılcaya da yoluxa bilər, suçiçəyinə də. Hər bir insan həyatında bir neçə dəfə infeksion xəstəliklər keçirir:
Suçiçəyi keçirmiş insan qızılcaya yoluxa bilər? - AÇIQLAMA“Təbii ki, infeksion xəstəliklərindən birinə yoluxan insan digər xəstəliklərə də yoluxa bilər. Məxmərək keçirən insan daha sonra qızılcaya da yoluxa bilər, suçiçəyinə də. Hər bir insan həyatında bir neçə dəfə infeksion xəstəliklər keçirir. Amma bəzi xəstəliklər var ki, onlar ömürdə yalnız bir dəfə keçirilir. Məxmərək, suçiçəyi, qızılca bir dəfə keçirildiyi zaman ikinci dəfə keçirilmir. İnsanlar bu xəstəlikləri keçirəndən sonra başqa infeksion xəstəliyə yoluxa bilərlər. Eyni zamanda nadir də olsa, iki xəstəliyi eyni anda keçirə bilərlər. Məsələn, qızılca ilə yanaşı digər virusa qripə, Covidə yoluxa bilərlər. Qrip və Covidi insan bir neçə dəfə keçirə bilər. Bu xəstəliklərə mütəmadi yoluxa bilirlər. Adını çəkdiyimiz məxmərək, suçiçəyi,qızılcanı həyatlarında bir dəfə keçirirlər, amma onlarla yanaşı, ikinci başqa virusa yoluxmaq mümkündür”.

Daha çox xəbərlər