Bütün Azərbaycan xalqı sevinc və fəxarət içərisindədir!
Bugün xalqımız həmişə olduğu kimi birlik və həmrəylik içində yüksək bayram əhval-ruhiyyəsi ilə özünün ən şərəfli və qürurverici günlərini yaşayır: işğaldan azad edilmiş torpaqlarimizla, Qarabağimizla bütövləşmiş müstəqil Azərbaycanımızda ilk Prezident seçkiləri keçirilir!!! Bütün Azərbaycan xalqı sevinc və fəxarət içərisindədir! Bunu səhər tezdən səs verməyə getdiyim məntəqədəki izdiham, həm də Yeni Azərbaycan Partiyası tərəfindən Respublika üzrə müşahidəçi olduğum uçün izləməyə getdiyim bütün məntəqələrdəki seçicilərin aktivliyi, fəallığı və kütləviliyi təsdiq edir. Müstəqillik tariximizdə bu ilk xalqımız üçün, dövlətimiz üçün xeyirli, növbəti zəfərlərin və qələbələrin uğurlu təməli olsun!