Siyasət 

Azərbaycan Nazirlər Kabinetinin üzvləri səs veriblər – YENİLƏNİB + FOTO

Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Report” xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Baş nazirin müavini Şahin Mustafayev də səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

10:01

Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.

“Report” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Daha çox xəbərlər