Gündəm 

Murad Dadaşov əl çalanda qolu çıxıb? – Özü danışdı

Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaradıb.

İddia olunur ki, Murad Dadaşov ötən gün prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb.

ARANTV.AZ xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib:

“Sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur, boş məlumatdır. Hər şey əladır. Sizə və əzizlərinizə can sağlığı və gözəl əhval-ruhiyyə arzulayıram. Maraqlandığınız üçün də təşəkkür edirəm”

Daha çox xəbərlər