Dünya 

Dünyada bir ilk: insan pişiklə təmasdan sonra yeni virusdan öldü

Dünyada ilk insan ABŞ-ın Kenay yarımadasında yeni Alyaskapoks virusundan (AKPV) ölüb.

ARANTV.AZ  xarici mediaya istinadla xəbər verir ki, Alyaskanın Səhiyyə Departamenti verdiyi açıqlamada amerikalının xərçəng müalicəsi səbəbiylə immun sisteminin zəiflədiyini bildirib. O, meşəlik ərazidə tək yaşayırdı və sahibsiz bir pişiklə təmasda idi və onun dediyinə görə, mütəmadi olaraq onu qaşıdığını və kiçik məməliləri ovladığını söyləyib. Bununla belə, heyvanın AKPV testi mənfi nəticə göstərib.

Alyaskapoks virusu ştatda 2015-ci ildə aşkar edilib və onun simptomları çiçək xəstəliyinə bənzəyir. Alyaska çiçək infeksiyası yalnız altı nəfərdə təsdiqlənib, onların hamısı Alyaskanın mərkəzindəki Ferbenks bölgəsində qeydə alınıb. Bütün infeksiyalar heyvanlarla təmas nəticəsində baş verib.

Epidemioloq doktor Culiya Rocersin sözlərinə görə, ilk növbədə heyvanlar virusa yoluxurlar. O, AKPV infeksiyası hallarının nadir olacağını və immun çatışmazlığı olan insanlar arasında ölüm ehtimalının az olacağını gözləyir. Ekspert hesab edir ki, virusa yoluqxma, çox güman ki, xəstə heyvanla birbaşa təmasda olur. Eyni zamanda Rocers virusun insandan insana keçməsinə dair heç bir dəlil olmadığını vurğulayıb.

Kenay yarımadasında bir insanda tapılan AKPV ştammı, Alyaskanın daxili hissəsindəki insanlarda və heyvanlarda olan ştammdan fərqlidir.

Bir yoluxucu xəstəlik mütəxəssisi Ben Uestli xəbərdarlıq edib ki, Alyaskapoks simptomlarına səpgi və şişkin limfa düyünləri daxil ola bilər.

Daha çox xəbərlər