Azərbaycanda sığortaçıların sistem üçün əhəmiyyətinin müəyyənləşdirilməsi meyarları təsdiqlənib – CƏDVƏL
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçının sistem əhəmiyyətli olub-olmaması həyat və qeyri-həyat sığortası üzrə ayrıca müəyyən ediləcək. Müstəsna olaraq təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək. Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcəklər.
Bundan başqa, sığortaçının sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldəki göstəricilər vasitəsilə qiymətləndiriləcək:
AMB-nin Hüquq Departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.