Dünya 

Nyu-York metrosunda atışma: Ölən və xəsarət alanlar var

ABŞ-də Nyu-York metrosunda qatarda atışma nəticəsində bir yeniyetmə ölüb.

Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.

Qeyd olunur ki, 12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb. Səbəbi məlum olmayan mübahisə bazar ertəsi saat 16:40 radələrində (Bakı vaxtı ilə 01:40, çərşənbə axşamı – red.) Bronks ərazisində baş verib.

Şahidlər 10-dan çox atəş səsi eşidiblər.

Mənbə: New York Post

Daha çox xəbərlər