Siyasət 

Konstitusiya Məhkəməsinin növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başladı – CANLI

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb.

Oxu.Az bildirir ki, iclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq.

İclasda MSK-nın sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, qurumun katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova iştirak edirlər.

Ombudsman, Dövlət Statistika Komitəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ekspertləri də iclasda iştirak edənlər arasındadırlar.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

Daha çox xəbərlər