Dünya 

Türkiyədə qızıl mədəni ərazisində torpaq sürüşməsi olub: Dəhşətli görüntülər – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonundakı torpaq sürüşməsi baş verən mədəndə fəhlələrin qalması ehtimalı var.

Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) bildirilib.

17:54

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib.

Verilən məlumata görə, hadisə qızıl mədəni ərazisində qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki məlum deyil.

Rayon valisinin hadisə yerinə getdikdən sonra açıqlama verəcəyi gözlənilir.

 

Mənbə: ntv.com

Daha çox xəbərlər