Əsas səhifə 

ARANTV 8 YAŞINDA…

Bu gün Arantv yaranmasından 8 il ötür…
“Aran Media Group”a daxil olan Aran TV internet televiziyası 2016-cı ilin yanvar ayından fəaliyyət göstərir. Aran TV-nin yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Aran TV, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Arantv.az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.
”Aran Media” qəzeti Aran Media Qrupuna aid print (çap) KİV-dir. Bu qəzetin ilk sayı 23 yanvar 2017-ci ildə dərc olunub.

Arantv heyəti də öz əməkdaşların təbrik edir,onlara uzun ömür,fəaliyyət illərində uğurlar arzu edir.

ARAN MEDİA GROUP

Daha çox xəbərlər