Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var – FOTO
Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan iki nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

