Quba-Qusar yolunda yağan qar qəzaya səbəb oldu – VİDEO
Quba rayonunda müşahidə olunan qarlı hava şəraiti yollarda sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
ARANTV.AZ xəbər verir ki, Quba-Qusar yolunda qarlı hava şəraiti səbəbindən yolun buz bağlaması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, avtomobil yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək ağaca çırpılıb.
Həmin görüntüləri təqdim edirik:

